İstanbulda yaşayış icazəsi almaq istəyənlərin DİQQƏTİNƏ
15 İyul 2023 22:52 DünyaTürkiyənin İstanbul şəhərində əcnəbilərə ilkin yaşayış icazəsinin verilməsi dayandırılıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Dünya" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, əcnəbilərin təhlükəsizliyinin təmin edilməsi, müalicəsi, təhsili, beynəlxalq ticarətlə bağlı fəaliyyətdə iştirakının təmin edilməsi zərurəti ilə bağlı hallar istisna olmaqla, xarici vətəndaşlara ilkin yaşayış icazəsinin verilməsi dayandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31