Tövrat və İncili yandırmaq istəyən şəxsdən İNANILMAZ HƏRƏKƏT

İsrailin Stokholmdakı səfirliyi qarşısında Tövrat və İncili yandıracağını deyən şəxs planından əl çəkib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsveçin SVT televiziyasının məlumatında bildirilib.

Məlumata görə, həmin şəxs bu gün günortadan sonra əlində Quranın nüsxəsi ilə İsrail səfirliyinə daxil olub və heç vaxt yəhudi və ya xristianların müqəddəs kitablarını yandırmaq niyyətində olmadığını, sadəcə olaraq Quranın yandırılmasına etiraz etmək üçün getdiyini bildirib.

Məlumata görə, sözügedən şəxs əlində tutduğu alışqanı yerə atıb və ona lazım olmadığını deyib:

"Mən müsəlmanam, kitabları yandırmırıq. Mən göstərmək istəyirəm ki, bir-birimizə hörmət etməliyik".

Qeyd edək ki, İsrail hakimiyyəti daha öncə İsveç hökumətini diplomatik missiyanın qarşısında keçirilən etiraz aksiyasını və müqəddəs kitabların yandırılmasını dayandırmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31