Taliban Məhərrəmliklə bağlı bu mərasimlərə QADAĞAN QOYDU

Taliban hökuməti məhərrəm ayında iransayağı əzadarlıq mərasimlərinin keçirilməsinə qadağa qoyub.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan mediası məlumat yayıb.

Bundan sonra dini və əzadarlıq mərasimlərinin yalnız məscidlərdə keçiriləcəyi, ictimai yerlərdə dini bayraqların qaldırıldığı, sinə və zəncir vurulması kimi iransayağı əzadarlıq mərasimlərinin qadağan edildiyi bildirilib.

İran tərəfi bu qadağaya görə Taliban hökumətini "islam düşməni" adlandırıb. Tehran rejiminin bu yanaşması isə iranlı sosial media istifadəçilərinin istehzasına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31