Rusiya ordusunda “general ovu” başlayıb
15 İyul 2023 10:58 Dünya"Vaqner"in qiyamı Rusiya ordusundakı mövcud xaosu daha da gücləndirdi. Rusiya Silahlı Qüvvələrində gərginlik onsuz da var idi. Belə ki, generallar məğlubiyyətə və düşdükləri çətin vəziyyətə görə bir-birilərini ittiham edirdilər. İndi isə vəziyyət daha da gərginləşdi. Hazırkı xaosun artan tepmlə davam edəcəyi istisna deyil.
"Bu resurslar getdikcə azalır. Bir müddətdən sonra generallar arasında ziddiyyət daha da dərinləşəcək və Putinin prosesə nəzarət imkanı minimum olacaq. Gələcəkdə isə proseslərin ümumiyyətlə, Kremlin kontrolundan çıxması mümkündür.
"Birincisi, ona görə ki, Putinin onların hər ikisi ilə, xüsusilə Şoyqu ilə dostluq münasibəti var. Kreml rəhbəri bu generalları inanır. İkincisi, onların yerinə etibarlı kadr tapmaq o qədər də asan deyil. Üçüncüsü, Şoyqu və Gerasimovun istefaya göndərilməsi hərbçilərin çevriliş cəhdi ilə nəticələ bilər. Bu zaman generalların hakimiyyət əleyhinə ayağa qalxması istisna deyil. Dördüncüsü, adətən müharibə zamanı müdafiə nazirinin və baş qərargah rəisinin istefaya göndərilməsi əks effekt verir. Rusiya hərbi elitasında "yarpaq tökümü"nün davam edəcəyi gözləniləndir. Bu isə, sözsüz ki, cəbhədəki vəziyyətə və Rusiya daxilindəki duruma birbaşa təsir edəcək".