ABŞ-dan Ukrayna üçün daha 300 milyon dollar
14 İyul 2023 23:27 DünyaABŞ Konqresinin Nümayəndələr Palatası gələn il üçün müdafiə büdcəsi layihəsini təsdiqləyib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, layihəyə baxılması üçün Senata təqdim edib. Bu layihə Ukrayna üçün 300 milyon dollar nəzərdə tutur.
Məlumata görə, demokratlar Ukraynaya yardımın həcmini daha 500 milyon dollar artırmağa çalışıblar, lakin bu təşəbbüs Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi tərəfindən bəyənilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31