ÜST-dən Aspartam bəyanatı: Xərçəng yaradır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı daxilində fəaliyyətini davam etdirən Ümumdünya Səhiyyə Təşkilatı bu gün aspartamla bağlı qiymətləndirmələrini dərc edib. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) şəkərsiz dadlandırıcı aspartamın xərçəngə səbəb olduğuna dair məhdud sübutların olduğunu və onun insanlar üçün ehtimal kanserogen kimi təsnif edildiyini açıqladı.

IARC, aspartamın insanlarda xərçəngə səbəb olduğuna dair məhdud dəlillərə istinad edərək, insanlar üçün mümkün kanserogen (IARC Group 2B) kimi təsnif etdi və JECFA məqbul gündəlik istehlakın hər kiloqram bədən çəkisi üçün 40 mq olduğunu təsdiqlədi.

Aspartam 1980-ci illərdən müxtəlif qida və içki məhsullarında, o cümlədən pəhriz içkilərində, saqqız, jelatin, dondurma, qatıq, səhər yeməyi taxılları, diş pastası və öskürək pastilləri və çeynənən vitaminlərdə geniş istifadə olunur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31