ABŞ: Şimali Koreyanın onun hava məkanını pozduğumuzla bağlı iddiaları əsassızdır- ÖZƏL
12 İyul 2023 16:09 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonqun ABŞ Hərbi Hava Qüvvələrinin kəşfiyyat uçuşları zamanı ölkəsinin hava məkanını pozması ilə bağlı iddialarının "əsassız" olduğunu bəyan edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında Şimali Koreyanın iddiaları ilə bağlı verilən sualı cavablandırıb. Kimin ABŞ kəşfiyyat təyyarəsinin Şimali Koreyanın hava məkanını 8 dəfə pozaraq "hava casusluğu" həyata keçirdiyinə dair iddialarını "əsassız" və "qanunsuz" adlandıran Miller, Pxenyan rəhbərliyini "təxribat xarakterli hərəkətlərdən" çəkinməyə çağırıb. ABŞ-ın diplomatiyaya sadiq olduğunu və ilkin şərt olmadan Pxenyanla dialoqa hazır olduğunu bir daha vurğulayan Miller, "Şimali Koreyanın iddiaları əsassızdır, çünki beynəlxalq hüquq çərçivəsində qeyd olunan müstəsna iqtisadi zonada uçuş azadlığı var" deyib.