Şimali Koreya xalqı Ukraynadakı vəziyyətlə bağlı Rusiyanı dəstəkləyir – ÖZƏL
12 İyul 2023 15:46 Dünya"Şimali Koreya xalqı və hökuməti Ukraynadakı vəziyyətlə bağlı Rusiyanı dəstəkləyir və onun qələbəsinə əmindir".
Olaylar.az xəbər verir ki, bunu Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui bildirib.
"ABŞ-ın son qərarı heç vaxt Rusiya ordusunun ölkənin ləyaqətini və suverenliyini müdafiə etmək üçün sarsılmaz ruhunu zəiflədə bilməz, ancaq Rusiya xalqının ABŞ əleyhinə iradəsinin daha da sərtləşməsi ilə nəticələnəcək" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31