BMT-nin İnsan Haqları Şurası Qurana hücumları pisləyib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Qərb ölkələrinin BMT-nin İnsan Haqları Şurasında "yox" deməsinə baxmayaraq, Qurana edilən hücumlar pisləndi.
Cenevrədə keçirilən növbəti sessiya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) çağırdığı fövqəladə xüsusi sessiyada İƏT-in Qurana hörmətsizlik və hücumlarla bağlı qətnamə layihəsi müzakirə edilib.

Quranı hədəf alan və dinə nifrət olaraq xarakterizə edilən hücumların pislənməsini tələb edən qanun layihəsi 47 nəfərlik şuranın səsverməsinə çıxarılıb.

Töhmət qərarı 12 lehinə, 28 əleyhinə səslə qəbul edilib. 7 ölkə bitərəf qalıb.

Əlcəzair, Argentina, Banqladeş, Boliviya, Kamerun, Çin, Fil Dişi, Kuba, Eritreya, Qabon, Qambiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Malavi, Malayziya, Maldiv adaları, Mərakeş, Pakistan, Qətər, Seneqal, Somali, Cənubi Afrika, Sudan, Ukrayna , Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Vyetnam qətnamənin qəbul edilməsinə səs verib.

Belçika, Kosta-Rika, Çexiya, Finlandiya, Fransa, Almaniya, Litva, Lüksemburq, Monteneqro, Rumıniya, Böyük Britaniya və ABŞ əleyhinə səs verib. Paraqvay, Nepal, Meksika, Honduras, Gürcüstan, Çili və Benin bitərəf qalıb. Türkiyənin BMT İnsan Haqları Şurasında müşahidəçi statusu olduğu üçün səsvermə hüququ yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31