Meksikada etirazçılar qubernatorluğu zəbt edib, 13 polisi girov götürüb - ÖZƏL

Meksikada etirazçılar qubernatorluğu zəbt edib, 13 polisi girov götürüb.
Olaylar.az xəbər verir ki, Meksikanın Gerrero əyalətində hökumətə qarşı qalxan minlərlə etirazçı 13 polisi girov götürərək qubernatorluq binasını zəbt edib.
Meksikanın cənubundakı  Gerrero  əyalətinin paytaxtı Çilpansinqoda 3 minə yaxın etirazçı bir araya gələrək əyalət qubernatorluğuna hücum edib. Polisin etirazçılara müdaxiləsi nəticəsində baş verən qarşıdurmadan sonra nümayişçilərdən bəziləri təhlükəsizlik qüvvələrinə məxsus zirehli maşını oğurlayaraq qubernatorluğun qapısını sındıraraq içəri daxil olublar. Çilpansinqo şəhərində komendant saatı elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31