Altı yaşlı uşaq anasının atasını bıçaqlamasını gördükdən sonra dəli olub- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Omsk vilayətindən olan uşaqda  anası atasını gözü qarşısında bıçaqladıqdan sonra psixi pozğunluq yaranıb. Bu barədə regional İK-nin mətbuat xidməti məlumat yayıb .

Omsk vilayətinin Andreevka kənd sakini oğlunun dəli olmasına görə mühakimə olunacaq. 25 dekabr 2022-ci ildə 44 yaşlı qadın 59 yaşlı ərinə bıçaqla hücum edib. Hücumun səbəbi qısqanclıq olub. Kişi aldığı xəsarətlərdən dünyasını dəyişib, qətlin cütlüyün altı yaşlı oğlunun gözü qarşısında baş verdiyi qeyd edilir.

"İstintaq zamanı məlum olub ki, cinayətin şahidi olan təqsirləndirilən şəxsin 6 yaşlı oğlunda psixi pozğunluq yaranıb və bu, məhkəmə-psixoloji-psixiatrik ekspertizanın rəyi ilə təsdiqlənib" deyə komitənin bəyanatında qeyd edilib. 

Ərini qətlə yetirməkdə təqsirləndirilən şəxs barəsində "Yetkinlik yaşına çatmayanın sağlamlığına qəsdən ağır zərər vurma" maddəsi ilə cinayət işi başlanıb, uşaq ailədən alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31