Rusiyalı turistlər Hindistanda blokadaya düşüb- ÖZƏL
12 İyul 2023 12:55 DünyaOlaylar.az xəbər verir ki, Hindistanda rusiyalı 15 turist ölkənin şimalındakı dağlarda blokadaya düşüb.
Hindistanın Kullu rayonundakı kənddə torpaq sürüşməsi nəticəsində blokadaya düşən Rusiyadan gələn turistlər xəsarət almayıb, diplomatlar həmyerliləri ilə əlaqə saxlaya biliblər. Bu barədə Rusiyanın Hindistandakı səfirliyinin rəsmi Telegram-kanalında məlumat verilib.
"Himaçal-Pradeş ştatının Kullu rayonunda torpaq sürüşməsi və yolun dağıdılması nəticəsində bir qrup rusiyalı turist (15 nəfər) Katagla kəndində blokadaya düşüb", -deyə məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31