Qlobal istiləşmə kişilərə nisbətən qadınlara daha çox təsir edir- ÖZƏL
12 İyul 2023 12:31 Dünyaİqlim dəyişikliyi ilə bütün dünyada kəskin hava hadisələri və təbii fəlakətlər artsa da, ekspertlər bir çox qadınların belə fəlakətlərdən daha çox təsirləndiyini bildirir.
Olaylar.az xəbər verir ki, iqlim dəyişikliyi nəticəsində dünyanın bir çox yerlərində müxtəlif fəlakətlər baş versə də, bu fəlakətlərlə mübarizədə hər kəs eyni dərəcədə bacarıqlı deyil. Daha həssas qrupa aid edilən qadın və qızların məruz qaldıqları gender bərabərsizliyi onların fəlakətlərlə mübarizə qabiliyyətinə də təsir edir.
Birləşmiş Millətlər Təşkilatının Qadınlar Təşkilatının (UN Women) dərc etdiyi müxtəlif hesabatlarda bir çox hallarda qadın və qızların qlobal istiləşmənin nəticələrindən kişilərə nisbətən daha çox təsirləndiyi bildirilir. Bu vəziyyətin altında yatan bir çox səbəblər arasında qadınların cəmiyyətdə və ev təsərrüfatlarında rolu, fiziki olaraq kişilərdən daha həssas olması, bioloji fərqliliklərə görə daha çox təmizliyə ehtiyacı olması önə çıxır.
Dünyanın müxtəlif yerlərində qadınların cəmiyyətdəki rolu və iş həyatında iştirakından bəhs edən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) hesabatlarında, qadınların 75% ödənişsiz iş gördüyü vurğulanır.
İqlim böhranının qadın sağlamlığına təsirlərini qiymətləndirən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmalarında qadınların bioloji xüsusiyyətlərinə görə suya ehtiyacının daha çox olduğu, kifayət qədər su içmədiyi üçün şəxsi gigiyenanı təmin edə bilmədikləri vurğulanır.Onlar xüsusilə menstruasiya dövründə, doğuş zamanı, əvvəli və sonrasında infeksiyaya əsaslanan xəstəliklərdən daha çox təsirlənirlər.