Bu, Kiyevə açıq şəkildə deyilməli idi - ABŞ Prezidentinin keçmiş köməkçisi

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövzuya aydınlıq gətirib.

Rusiya qüvvələri Xerson bölgəsində Ukraynanın iki Su-25 qurudan hücum təyyarəsini məhv edib - ÖZƏL

Olaylar.az Trend-ə istinadən bildirir ki, C.Bolton bildirib ki, Ukraynanın NATO-ya daxil olması ilə bağlı yüksək səviyyəli danışıqlar vaxt itkisidir.

"Bu, yalnız Rusiyaya alyansda birliyin olmaması barədə yanlış siqnal verir", - deyə o bildirib.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi açıqlamasının ardında qeyd edib:

"Biz bir neçə ay əvvəl Ukraynaya deməliydik: "Bu məsələni qaldırmayın". Bu, Vaşinqton müqaviləsinə əsaslanan siyasətdir. 5-ci maddədə deyilir ki, birinə (NATO üzvünə) hücum hamıya hücumdur. NATO heç vaxt müharibə vəziyyətində olan ölkələri qəbul etməyib, çünki bu, qaçılmaz olaraq alyansın bütün digər üzvlərinin müharibə vəziyyətində olması deməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31