NATO sammiti zamanı Rusiyadan Ukraynaya intensiv hava zərbələri endirilib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya NATO sammiti zamanı Kiyev və Ukraynanın digər şəhərlərinə yeni hava zərbələri endirib. Ukrayna isə Bəhmutun şimal və cənubunda bəzi mövqelərə nəzarəti ələ aldığını açıqlayıb.
Ukrayna prezidenti Vladimir Zelenskinin Litvada keçirilən sammitdə NATO liderləri ilə görüşündən bir neçə saat əvvəl Rusiya Kiyevə və digər şəhərlərə kamikadze tipli dronlarla yeni hücumlar həyata keçirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin Telegram-da verdiyi açıqlamaya görə, Rusiya gecə saatlarında İran istehsalı olan ümumilikdə 15 Şahed PUA ilə Ukraynaya hücum edib, Ukrayna müdafiə qüvvələri isə bu PUA-lardan 11-ni vurub.

Kiyevin cənub-şərqindəki Çerkassı vilayətinin ordu komandanı İhor Taburets Telegram-a verdiyi açıqlamada pilotsuz təyyarələrin hücumları nəticəsində yaşayış məntəqəsindən kənarda yerləşən infrastruktur obyektində baş verən yanğında iki nəfərin yaralandığını bildirib.

Rusiya bir gün əvvəl 28 kamikadze tipli dronla Odessa limanının cənubuna və Kiyevə hücum etmişdi. NATO liderləri Vilnüsdə sammiti müzakirə etmək üçün toplaşarkən, Kreml bu sammiti tənqid edərək, Moskvanın öz təhlükəsizliyini qorumaq üçün addımlar atacağını bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31