Səudiyyə Ərəbistanı ASEAN Dostluq və Əməkdaşlıq Sazişinə qoşulmağa qərar verib- ÖZƏL

Səudiyyə Ərəbistanı Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) Dostluq və Əməkdaşlıq Sazişə qoşulmaq qərarına gəlib.
 Olaylar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun sədrliyi ilə Ciddədəki Əs-Salam sarayında Nazirlər Şurasının iclası keçirilib.

Görüşdə bir çox məsələlər, o cümlədən Fransa və Rusiya ilə əlaqələr və ziyarət təşkilatının uğurları müzakirə edilib.

Nazirlər Şurasının iclasında ASEAN Dostluq və Əməkdaşlıq Sazişi və protokollarına qoşulmaq da daxil olmaqla müxtəlif qərarlar qəbul edilib. 1967-ci ilin avqustunda yaradılan ASEAN-ın Bruney, Vyetnam, Laos, Kamboca və Myanma, həmçinin İndoneziya, Malayziya, Tayland, Filippin və Sinqapurun qurucu üzvləri də daxil olmaqla ümumilikdə 10 üzvü var. Bu günə qədər ASEAN Dostluq və Əməkdaşlıq Sazişinə üzv dövlətlərdən başqa 40-dan çox ölkə qoşulub.

Martın 29-da Səudiyyə Ərəbistanı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) "dialoq tərəfdaşı" kimi daxil olmaq qərarına gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31