Mövlud Çavuşoğlunun yeni vəzifəsi AÇIQLANDI

Türkiyə Böyük Millət Məclisinin millət vəkili, ölkənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğluna yeni vəzifə verilib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, Çavuşoğlu bundan sonra ölkəsinin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edəcək.

Xatırladaq ki, M.Çavuşoğlu 1968-ci ildə Antalyada anadan olub. O, 2014-2023-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsini tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31