Ərdoğanla Bayden GÖRÜŞDÜ
11 İyul 2023 19:00 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Cozef Baydenlə görüşüb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, onlar Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində bir araya gəliblər.
Bayden və Ərdoğan qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Xatırladaq ki, Sammitdə NATO üzvü olan 31 ölkənin dövlət və hökumət başçıları, namizəd ölkələrdən İsveç, eləcə də Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya nümayəndələri iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31