Almaniyada məişət zorakılığı halları yüksək olaraq qalır - ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyada ötən il məişət zorakılığı hallarının sayının 157 min 550 olduğu bildirilib ki, bu da ölkədə zorakılığın yüksək səviyyədə davam etməsi deməkdir. Almaniya Daxili İşlər Naziri Nensi Faeser, Ailə Naziri Liza Paus və Federal Kriminal Polis İdarəsinin rəisi Holger Münx Berlində keçirilən mətbuat konfransında Federal Kriminal Polis İdarəsinin (BKA) hazırladığı 2022-ci il üçün məişət zorakılığı hesabatını təqdim ediblər. Hesabatda, 2020-ci ildə 146 min 655, 2021-ci ildə 144 min 44 olan məişət zorakılığı hallarının sayı, 2022-ci ildə 157 min 550 olaraq qeyd edildi. Bildirilib ki, bu rəqəm ötən illə müqayisədə 9,4 faiz artım deməkdir. Bildirilib ki, məişət zorakılığı qurbanlarının sayı ötən illə müqayisədə 8,5 faiz artaraq 240 min 547 nəfər olub. Zorakılığa məruz qalanların 80 faizinin qadınlar olduğu bildirilib. Hesabatda 2022-ci ildə Almaniyada 133-ü qadın olmaqla 152 nəfərin ailədaxili zorakılıq nəticəsində həyat yoldaşları tərəfindən öldürüldüyü vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31