Qərbi Azərbaycan əyalətində əhali ayağa qalxdı: Tonqallar qalandı, yollar bağlandı - VİDEO
11 İyul 2023 16:20 DünyaQərbi Azərbaycan əyalətinin Məhabad (Savcabulaq) şəhərində qəzəbli əhali ayağa qalxıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.
Bildirilib ki, qəzəbli gənclər Peyman Qəlvaninin işgəncə altında öldürülməsini pisləyərək, tonqallar yandırmaqla yolları bağlayıblar.
Xatırladaq ki, məhabadlı siyasi məhbus Peyman Qəlvani həbs olunaraq Urmu şəhərinin bədnam Kəşfiyyat İdarəsinin təcridxanasına köçürüldükdən iki həftə sonra hökumət qüvvələrinin işgəncələri altında dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31