Rusiya və Çin arasında ticarət dövriyyəsi 2023-cü ilin birinci yarısında 90 milyard dolları ötüb – ÖZƏL
11 İyul 2023 16:00 Dünya"Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2023-cü ilin ilk altı ayında 90 milyard dolları ötüb".
Olaylar.az xəbər verir ki, bunu Çinin Rusiyadakı səfiri Zhang Hanhui bildirib. "Bu ilin birinci yarısında ikitərəfli ticarət illik müqayisədə 20% artaraq 90 milyard dolları ötüb. Bu, iki ölkə başçılarının qarşıya qoyduğu illik ticarətin həcmini 200 milyard dollara çatdırmaq məqsədinə nail olmaq üçün yaxşı zəmin yaratdı" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31