Meksika körfəzində neft platformasında YANĞIN
7 İyul 2023 20:33 DünyaMeksika körfəzindəki Cantarell yatağında "Pemex-in Nohoch-A" neft platformasının iki bölümündə güclü yanğın baş verib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, platformanın "Nohoch-A Compression" və "Nohoch-A Enlace" bölmələrində baş verən yanğından dərhal sonra heyət təxliyə edilib.
"Tribuna Campeche" xəbər verir ki, platformada yanğın partlayışdan sonra daha da güclənib. Partlayış zamanı 180 işçidən 5-i yaralanıb.
Yatağın platformalarında, ümumilikdə, 5 mindən çox insan işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31