Üç ölkə Belarusa görə NATO-ya MƏKTUB GÖNDƏRDİ
7 İyul 2023 18:41 DünyaLitva, Polşa və Latviya başçıları Belarusda Rusiya nüvə silahlarının onun ərazisində yerləşdirilməsi ilə bağlı vəziyyətdən narahatdırlar.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə NATO-ya ünvanlanmış birgə məktubda bildirilib.
Məlumata görə, üç ölkə başçısı Rusiya ilə Belarus arasında əməkdaşlığın təkcə regionun deyil, həm də Avroatlantik məkanın təhlükəsizliyinə xələl gətirdiyinə diqqət çəkir. Belarusun ərazisi və resursları Rusiya tərəfindən Ukraynaya qarşı amansız və qeyri-qanuni işğalçılıq müharibəsi aparmaq üçün istifadə olunur ki, bu da iki ölkənin hərbi inteqrasiyasının getdikcə daha da yaxınlaşmasından xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31