Ramşteyn qrupunun toplantısı NATO sammitindən sonra keçiriləcək - ÖZƏL
7 İyul 2023 18:25 Dünya"NATO-nun 11-12 iyul tarixlərində Vilnüsdə keçiriləcək sammitindən sonra Almaniyanın Ramşteyn Hərbi Hava Bazasında Ukrayna Müdafiə Əlaqə Qrupunun (UDCG) daha bir iclası keçiriləcək".
Olaylar.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov Pentaqonun rəhbəri Lloyd Ostin ilə telefon danışığından sonra bildirib.
"Biz saatlarımızı NATO-nun Vilnüs sammitindən sonra baş tutacaq Ramşteyn formatında UDCG-nin növbəti iclasından əvvəl sinxronlaşdırdıq" - Reznikov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31