Paşinyanın təyyarəsi Batumidə endi (YENİLƏNİB)

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan artıq Batumidədir. Hava limanında onu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili qarşılayıb. Ermənistan baş nazirinin bu gün Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə görüş planlaşdırılır.

xxx

12:17

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək.

Trend xəbər verir ki, Gürcüstanın hökumət administrasiyasının yaydığı məlumata görə, Paşinyanın səfəri çərçivəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə təkbətək və geniş tərkibdə görüşlər keçirəcəyi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31