"Türkiyənin məruz qaldığı terror aktlarını ciddi qəbul etmədik"- ETİRAF- ÖZƏL
7 İyul 2023 16:20 DünyaOlaylar.az xəbər verir ki, İsveçin keçmiş xarici işlər naziri Ann Linde Türkiyənin terror hücumlarına ciddi şəkildə məruz qaldığını və İsveç də daxil olmaqla digər ölkələrin bu vəziyyəti ciddiyə almadığını bildirib. İsveçin keçmiş nazirinin "Türkiyənin məruz qaldığı terror aktlarını ciddi qəbul etmədik" etirafına İsveç dövlət televiziyası SVT-nin ölkənin NATO-ya üzvlük üçün müraciət prosesini işıqlandıran "Processen" adlı sənədli filmində yer verilib. Linde Türkiyənin terrorla bağlı tutumunda haqlı olduğunu dilə gətirib. Terror təşkilatı PKK/YPG-nin İsveçdə maliyyə qaynaqlarına malik olduğuna diqqət çəkən Linde, "Prezident Ərdoğanın maliyyə qaynaqlarını tənqid etmək hüququ var. Bu, İsveçin PKK-dan gələn təhlükəni ciddiyə almadığı üçün onun haqqıdır" deyib. Ann Linde 10 sentyabr 2019-cu ildən 2022-ci il oktyabrın 17-dək Sosial Demokrat hökumətində xarici işlər naziri vəzifəsində çalışıb. İsveç 18 may 2022-ci ildə Linde dövründə NATO-ya üzvlük üçün müraciət edib.