Rusiyalı kişi ögey qızını 4 il zorlayıb- ÖZƏL

Olaylar.az xəbər verir ki,  53 yaşlı rusiyalı uşağı cinsi istismara məruz qoyduğu üçün 23 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Rusiya İstintaq Komitəsinin Saratov vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Saratovda 53 yaşlı kişiyə qarşı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. O, uşaqların cinsi toxunulmazlığına qarşı cinayətlərdə ittiham olunb. Zərərçəkmiş 18 yaşı tamam olan kimi müstəqil şəkildə hüquq-mühafizə orqanlarına müraciət edib. Qız əvvəlcə psixoloqa ögey atasının illərdir etdiyi zorakılıqlardan danışıb, sonra polisə müraciət edib.  İstintaq müəyyən edib ki, 2007-2011-ci illərdə Zarubina küçəsində yerləşən evin sakini dəfələrlə azyaşlı qıza qarşı cinsi xarakterli digər hərəkətlər edib və zorlayıb. 

Məhkəmənin nəticəsi olaraq pedofil 23 il müddətinə azadlıqdan məhrum edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31