Ərdoğan Zelenskidən sonra Putinlə görüşə HAZIRLAŞIR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə cümə günü danışıqlarından sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşə bilər.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "A Haber" telekanalı məlumat yayıb.

"Çox güman ki, Zelenski ilə danışıqlardan sonra Prezident Ərdoğan Rusiya lideri Putinlə üz-üzə görüşəcək. Bu görüş Türkiyədə də, Rusiyada da baş tuta bilər. Lakin görüş ehtimalı yüksəkdir", - məlumatda deyilir.

Qeyd edək ki, Ərdoğan Ukraynadakı vəziyyəti və iyulun 18-də başa çatacaq taxıl müqaviləsini müzakirə etmək üçün cümə günü İstanbulda Vladimir Zelenski ilə danışıqlar aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31