Almaniya Ukraynaya kasetli bombaların göndərilməsinə qarşı çıxdı
7 İyul 2023 14:33 DünyaAlmaniya Ukraynaya kasetli bombaların göndərilməsinin əleyhinədir.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok jurnalistlərin suallarını cavablandırarkən deyib.
Almaniya XİN başçısı Ukraynaya kasetli bombaların göndərilməsi ilə bağlı ABŞ rəsmilərinin sözlərini şərh edərkən isə bildirib ki, "Mən medianın xəbərlərini izlədim. İştirakçı dövlətlər olaraq bizim üçün Osloda əldə olunan razılaşma etibarlıdır".
Qeyd edək ki, yulun 7-də "Washington Post" qəzeti yazıb ki, ABŞ prezidenti Co Bayden Ukraynaya kaset bombalarının verilməsini təsdiqləyib. İddialara görə, onlar bu gün, Pentaqonun stoklarından bu silahların verilməsini elan edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31