Ukrayna marixuana əsasında hazırlanan dərmanların leqallaşdırılmasını dəstəkləyib- ÖZƏL

Ukrayna Səhiyyə Nazirliyi Zelenskinin təklif etdiyi sirr əsasında hazırlanan dərmanların leqallaşdırılmasını dəstəkləyib.

Olaylar.az xəbər verir ki, Ukraynanın baş dövlət sanitar həkimi İqor Kuzin Rada telekanalında bildirib ki, ölkənin Səhiyyə Nazirliyi prezident Vladimir Zelenskinin müdafiə etdiyi tibbi sirr (marixuana) əsasında hazırlanan dərmanların leqallaşdırılmasını dəstəkləyib. O qeyd edib ki, qanun layihəsi Ali Radanın Millətin Sağlamlığı üzrə Komitəsi tərəfindən dəstəklənib. Həkimin sözlərinə görə, Səhiyyə Nazirliyi də bu təşəbbüsü yüksək qiymətləndirib. "Biz gözləyirik ki, yaxın vaxtlarda qanun layihəsi Ali Radaya təqdim olunacaq və orada qəbul ediləcək" deyə Kuzin bildirib.  

İyulun 7-də Ukrayna Nazirlər Kabineti tibbi sirrlərin leqallaşdırılması ilə bağlı qanun layihəsini dəstəkləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31