ABŞ İranı hədələdi - Ordumuzu tez bir zamanda ora GÖNDƏRƏ BİLƏRİK
7 İyul 2023 14:02 DünyaABŞ İranın irəliləyən nüvə proqramının yaratdığı təhdidlərlə bağlı hərbi variantlarını daim gözdən keçirir, onları yeniləyir.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hərbi Hava Qüvvələrinin komandanı general Aleksis Qrinkoviç deyib.
Pentaqon rəsmisi onu da qeyd edib ki, Amerikanın İrana qarşı çəkindirmə vasitələri müxtəlifdir və ABŞ özünə, eləcə də regional tərəfdaşlarına qarşı hücumun qarşısını almağa çalışır.
Qrinkoviçin növbəti xəbərdarlığı daha kəskin alınıb. O bildirib: İran anlamalıdır ki, ABŞ regionda daha az qüvvəyə malik olsa da, öz qüvvələrini çox tez geri qaytara bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31