Aİ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirmək istəyir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirmək niyyətindədir və onların nəticələri uzunmüddətli olacaq. Bu barədə  Avropa Komissiyasının  hesabatında deyilir. 

Sənəddə deyilir ki, sanksiyalar Rusiyanın sənaye və texnoloji potensialını əhəmiyyətli dərəcədə pisləşdirib. AK gələcəkdə bu nəticələrin artacağını proqnozlaşdırıb. Məhdudiyyətlər Rusiya büdcəsinə, maliyyə bazarlarına struktur, uzunmüddətli təsir göstərib. Həmçinin, məhdudiyyətlər Rusiya tərəfindən xarici sərmayələrin cəlb edilməsinə, onun sənaye və texnoloji bazasına mənfi təsir göstərir. Sənəddə xüsusi əməliyyat başlayandan sonra Avropa ilə Rusiya arasında ticarət dövriyyəsinin yarıdan çox azaldığı qeyd edilir. AK, Rusiya Federasiyasının istehsalında və orta və yüksək texnoloji səviyyəyə malik emal sənayesində illik itkilərin 13% -ə çata biləcəyini etiraf edib. 

İyunun 23-də Brüssel Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təsdiqlədiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31