Qərbin sanksiyaları davam edərsə, Rusiya başqa taxıl ixracı marşrutları tapa bilər – ÖZƏL
7 İyul 2023 13:42 Dünya"Qərbin sanksiyaları davam edərsə, Rusiya alternativ taxıl tədarükü marşrutları tapa bilər".
Olaylar.az xəbər verir ki, bunu Şanxay Sosial Elmlər Akademiyasının Rusiya və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin icraçı direktoru Sun Qi bildirib.
"Rusiya tərəfi ilə razılaşdırılmış cari uzadılma müddəti əvvəllər ilkin 120 gündən 60 günə endirilib. Əgər ABŞ və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar dəyişməz qalarsa, Rusiya tərəfi beynəlxalq ödəniş sistemləri ilə bağlı məhdudiyyətlərdən yayınmağa və taxılının ixracı üçün yeni marşrutlar tapmağa üstünlük verəcək" - ekspert, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31