ABŞ-dan Türkiyəyə F-16-ların satışı ilə bağlı önəmli açıqlama- ÖZƏL

Olaylar.az xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdə keçiriləcək kritik NATO zirvəsinə bir neçə gün qalmış İsveçin alyansa üzvlüyü ilə bağlı Türkiyə ilə hələ də razılığın olmaması aylardır gündəmdə olan F-16 satışını gündəmə gətirir. Bununla bağlı ABŞ-dan daha bir diqqətçəkən açıqlama gəldi.

ABŞ administrasiyası gələn həftə keçiriləcək NATO sammiti öncəsi İsveçə dəstəyini və Türkiyəyə təzyiqlərini artırıb. 

Xəbərə görə, ABŞ Senatındakı Respublikaçılar Partiyasının lideri senator Mitch McConnell, İsveçin NATO üzvlüyünə razılıq vermədiyi halda Türkiyəyə F-16 satmasının tərəfdarı olmadığını bildirib.

İsveçin NATO üzvlüyü ilə bağlı Punchbowl xəbər saytına danışan McConnell, Senatın Xarici Əlaqələr Komitəsinin Demokrat Partiyasının sədri Bob Menendezin F-16-ların Türkiyəyə satışı ilə bağlı fikirlərini dəstəklədiyini ifadə edərək, "İsveç üzv olana qədər F-16-nın Türkiyəyə satılmasının tərəfdarı olmayanlardanam" deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31