ABŞ-dan mübahisəli addım: Ukraynaya qadağan olunmuş silah yardımı- ÖZƏL
7 İyul 2023 13:21 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-ın Ukraynaya yeni silah yardımı çərçivəsində dünyanın 120-dən çox ölkəsində qadağan olunmuş kaset sursatlarını verəcəyi xəbəri müzakirələrə səbəb olub. Mülki əhalinin ölümünə səbəb olduğu üçün tənqid edilən silahın Ukraynaya göndərilməsi NATO daxilində də böhrana səbəb ola bilər.
ABŞ mətbuatının mövzu ilə bağlı mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, Joe Biden rəhbərliyinin bu gün açıqlayacağı Ukraynaya yeni silah yardım paketində kaset bombaları da yer alıb. ABŞ-ın 800 milyon dollarlıq yeni yardım paketində minlərlə kaset bombasının olduğu bildirilir.
Əvvəllər mövzu ilə bağlı xəbərlər narahatlıq doğurmuş, kaset bombalarının istifadə edildiyi yerlərdə böyük mülki itkilərə səbəb olduğu barədə xəbərdarlıqlar edilmişdi.
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin qərargah rəisi, general Mark Milley ötən həftə Ukraynaya kaset bombalarının dəstəyi ilə bağlı qərar vermə prosesinin davam etdiyini bildirib. Milley, "Ukrayna ölüm-dirim mübarizəsi aparır" deyərək, rusların kaset sursatlarından da istifadə etdiyini müdafiə edib.
ABŞ-ın 2003-cü ildə İraqa hücumunda kaset sursatlarından istifadə etməsi böyük reaksiyalara səbəb olmuşdu.