Çindən ABŞ-a ticarət əlaqələri üçün çağırış- ÖZƏL

Olaylar.az xəbər verir ki,  Çinin Maliyyə Nazirliyi Vaşinqtonu sağlam ticarət əlaqələri üçün əlverişli mühit yaratmağa çağırıb.
Çin Maliyyə Nazirliyinin bəyanatında ABŞ-dan iki ölkə arasında iqtisadi və ticarət əlaqələri üçün əlverişli mühit yaratmaq üçün "konkret" addımlar atmağa çağırılıb.

ABŞ-Çin ticarət əlaqələrinin mahiyyətinin qarşılıqlı fayda  olduğu vurğulanan bəyanatda ticarət müharibələrinə qarşı xəbərdarlıq edilib.

Dünən Çinə gedən ABŞ Maliyyə Naziri Janet Yellen təmaslarından əvvəl Twitter səhifəsində Çinlə sağlam iqtisadi rəqabət axtardıqlarını vurğulamışdı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31