Çin Yaponiyadan dəniz məhsulları idxalına qadağa qoyub- ÖZƏL
7 İyul 2023 12:54 DünyaOlaylar.az xəbər verir ki, Çin Fukusima İn-Dai Atom Elektrik Stansiyasında toplanan radioaktiv tullantı sularını axıdmaq planına görə Yaponiyadan dəniz məhsullarının idxalını qadağan edib.
South China Morning Post xəbərinə görə, Baş Gömrük İdarəsi tərəfindən edilən açıqlamada, təhlükəsizliyin təmin edilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyi bildirilib.
Çinin riskli qida məhsullarının idxalının qarşısını almağa davam edəcəyi bildirilən açıqlamada Yaponiyadan dəniz məhsulları idxalının qida təhlükəsizliyi səbəbiylə qadağan edildiyi qeyd edilib.
Açıqlamada Yaponiyanın müxtəlif bölgələrindən gətirilən qida məhsullarının, xüsusilə də dəniz məhsullarının sertifikat sənədlərinin yoxlanılmasının keçmişlə müqayisədə daha sərt olacağı vurğulanıb.
Çin Beynəlxalq Atom Enerjisi Agentliyinin Fukusima İn-Dai Atom Elektrik Stansiyasına dair hesabatının qanuniliyini şübhə altına alıb və radioaktiv tullantı sularının okeana buraxılmasına icazə verməyəcəyini bəyan edib.
Açıqlamada hesabatın "tələsik" hazırlandığı və qiymətləndirmədə iştirak edən ekspertlərin fikirlərini tam əks etdirmədiyi bildirilib.