İran Fars körfəzində yanacaq daşıyan xarici gəmini ələ keçirib- ÖZƏL
7 İyul 2023 12:51 DünyaOlaylar.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu Fars körfəzində 900 ton qaçaq yanacaq daşıdığı aşkarlanan əcnəbi gəmini ələ keçirib və heyət üzvləri saxlanılıb.
İranın yarı rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, İnqilab Keşikçiləri Ordusu Fars körfəzində 900 ton qaçaq yanacaq daşıyan gəmini məhkəmə qərarı ilə ələ keçirib.
Gəmidə olan 12 ekipaj üzvü də saxlanılıb.
Ekipajın milliyyəti və gəminin bayrağı haqqında məlumat verilməyib.
ABŞ Hərbi Dəniz Qüvvələri dünən İran qüvvələrinin Fars körfəzində qaçaqmalçılıqda şübhəli bilinən gəmini ələ keçirdiyini və müdaxilə etmədiyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31