“Threads” tarixdə ən sürətlə inkişaf edən proqram olub
7 İyul 2023 10:25 Dünya"Instagram"ın "Twitter"ə rəqib olmaq üçün başlatdığı yeni sosial şəbəkə "Threads", bir neçə saat ərzində tarixin ən sürətlə böyüyən tətbiqi olub.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, "Meta"nın rəhbəri Mark Zukerberq "Threads" hesabında "Threads"in cəmi 7 saat ərzində 10 milyon istifadəçiyə çatdığını açıqlayıb. Bu, "Threads"ı tarixdə ən sürətlə böyüyən istehlakçı proqramı edib.
Bir neçə ay əvvəl bu başlıq "ChatGPT"ə məxsus idi. Süni intellektli chatbot "ChatGPT" 2 ay ərzində 100 milyon istifadəçiyə çataraq ən sürətlə böyüyən tətbiq olub.
"ChatGPT"nin 10 milyon istifadəçiyə çatması 40 gün çəkib. "Instagram" isə 2 ay yarım ərzində 1 milyon istifadəçiyə çata bilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31