"Təhlükəsizliyimizi, maraqlarımızı qətiyyətlə müdafiə etməliyik"

Çin lideri Si Szinpin real döyüşlərdə qalib gəlmək şanslarını artırmaq üçün hərbçiləri müharibə və döyüş planlamasını dərinləşdirməyə çağırıb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Çin rəsmisi bildirib ki, dünya yeni təlatüm və dəyişiklik dövrünə qədəm qoyub, Çinin təhlükəsizlik vəziyyəti daha qeyri-sabit və qeyri-müəyyəndir:

"Biz çox düşünməli və hərbi məsələləri siyasi baxımdan həll etməli, cəsarətlə mübarizə aparmalı və milli suverenliyimizi, təhlükəsizliyimizi, maraqlarımızı qətiyyətlə müdafiə etməliyik", - deyə S.Szinpin bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31