"Ukrayna bizə tam arxalana bilər"

Ukrayna Çexiyanın tam dəstəyinə arxalana bilər.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bunu Çexiya Prezidenti Petr Pavel deyib.

"Ukraynaya köməyə ilk gələnlərdən biri Çexiya oldu. Biz Ukrayna xalqına gələcəkdə də belə hərtərəfli dəstəyi davam etdirəcəyik.

Əgər biz Ukraynaya təkcə hökumət və ayrı-ayrı nazirliklər tərəfindən deyil, həm də Çexiyanın ictimai və qeyri-hökumət təşkilatları, firma və müəssisələri, ayrı-ayrı vətəndaşları tərəfindən göstərilən yardımları birləşdirsək, onda ümumilikdə bu, təxminən 45 milyard kron (2 milyard dollar) olacaq", - Pavel bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31