Ərdoğan və İsveç baş naziri ilə görüşəcəm - Stoltenberq

Bazar ertəsi günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveç Baş naziri Ulf Kristerrsonla birgə üçtərəfli görüş keçirəcəyəm.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq deyib.

O, liderlərlə NATO sammiti çərçivəsində Litvanın paytaxtı Vilnüsdə bir araya gələcəyini bildirib.

Qeyd edək ki, Y.Stoltenberq Vilnüsdəki sammitdə (11 - 12 iyul) İsveçin NATO-ya qoşulmayacağını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31