Yoxa çıxan israilli tədqiqatçının yeri bilindi - Baş nazir açıqladı
6 İyul 2023 19:09 DünyaMart ayında İraqda itkin düşmüş israilli rus tədqiqatçı Yelizaveta Tsurkova silahlı birləşmələr tərəfindən əsir götürülüb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
ABŞ-nin Prinston Universitetinin doktorantı olan Yelizaveta Tsurkovanın Bağdadda oğurlanan zaman tədqiqat apardığı deyilir.
"Onun təhlükəsizliyi və salamatlığına görə İraq məsuliyyət daşıyır", - Netanyahunun ofisindən bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31