Çindən İsveçdə Qurani-Kərimə qarşı törədilən təxribata REAKSİYA
4 İyul 2023 21:14 DünyaÇin Xarici İşlər Nazirliyi müsəlmanlara qarşı hər cür hərəkətə və dini inancları hədəf alan fəaliyyətə qarşı olduqlarını açıqlayıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirdiyi mətbuat konfransında İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı sualı cavablandırıb.
"Heç kəsin ifadə azadlığından münaqişənin başlanması və ya bir sivilizasiyanı digər sivilizasiyaya qarşı qızışdırmaq üçün bəhanə kimi istifadə etməsinə icazə verilməməlidir. Çin Xarici İşlər Nazirliyi müsəlmanlara qarşı hər cür hərəkətə və dini inancları hədəf alan fəaliyyətə qarşıdır", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31