Putin onun üçün ağlayan qızı Kremldə qəbul etdi - VİDEO
4 İyul 2023 20:39 DünyaRusiya Prezidenti Vladimir Putin Dərbənddə onunla görüşə bilmədiyinə görə ağlayan məktəbli qızı Rəisət Akipovanı Kreml sarayında qəbul edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Rusiya 24" telekanalı məlumat yayıb.
Məktəbli ilə birlikdə onun valideynləri Əhməd və Kultum Akipovlar da dövlət başçısı ilə görüşüb.
"Mən Dərbənddən çıxıb Moskvaya çatanda mənə sənin ağladığın şəkli göstərdilər. Aydındır ki, təəssüf ki, meydanda dayanan hər kəslə danışa bilmərəm, amma yenə də sənin reaksiyan məni üzdü", - Putin bildirib.
O əlavə edib ki, özü Moskvanı tərk edə bilmədiyi üçün qızı Moskvaya, Kremlə dəvət etmək qərarına gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31