Moldova prezidentindən Saakaşvili ilə bağlı ÇAĞIRIŞ

Moldova Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili ətrafında yaranmış vəziyyətdən narahatdır.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu Tvitter səhifəsində yazıb.

"Saakaşvilinin həbsdə olduğu müddətdə səhhətinin ciddi şəkildə pisləşdiyini göstərən məhkəmədəki narahatedici görüntüləri bizi üzür. Mən Gürcüstan hakimiyyətini onun sağlamlığına diqqət yetirməyə və ona təcili olaraq xaricdə tibbi müalicə imkanı təmin etməyə çağırıram", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31