Stoltenberq daha 1 il NATO-ya RƏHBƏRLİK EDƏCƏK
4 İyul 2023 18:56 DünyaNATO-nun Baş katibi Yens Stoltenberqin mandatının dördüncü dəfə daha bir il uzadılmasına qərar verilib.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "TİME" nəşri məlumat yayıb.
Bildirilib ki, müttəfiq ölkələr Stoltenberqin sentyabrın 30-da başa çatacaq mandatının uzadılması ilə bağlı razılığa gəliblər.
Məlumat verilib ki, bu qərar NATO-nun iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitində dövlət və hökumət başçıları tərəfindən təsdiqlənəcək.
Bu qərarla Stoltenberq 2024-cü il oktyabrın 1-dək NATO-nun Baş katibi vəzifəsini davam etdirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31