Makrondan ağılasığmaz təklif: Uşaqların ailələri cərimələnməlidir- ÖZƏL

Fransa prezidenti Makron övladları hadisələrdə iştirak edən ailələrə maliyyə sanksiyaları tətbiq etmək istədiyini bildirib.

Olaylar.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron 18 yaşından kiçik bir gəncin polis gülləsi ilə öldürülməsinə reaksiya olaraq başlayan etirazlarda uşaqları iştirak edən ailələrə maliyyə sanksiyaları tətbiq etmək istədiyini bildirib.

Makron iyunun 27-dən bu yana hadisəli etirazlara müdaxilə edən polislə Parisdə bir restoranda qeyri-rəsmi şam yeməyində görüşüb. Fransa mətbuatında yer alan xəbərə görə, Makron polisə dəstəyini açıqlayıb və uşaqları hadisələrdə iştirak edən ailələri maddi cəzalandırmaq istədiyini bildirib. O, "Onların ciblərinə toxunmaq lazımdır,  onlar ancaq bunu başa düşürlər. Onların etdiklərinə qarşılıq  olaraq maliyyə sanksiyası olmalıdır" ifadəsini işlədib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31