İngilis qəzeti TL-ni belə ələ saldı: Düşdükcə düşür- ÖZƏL
4 İyul 2023 13:40 DünyaTürk lirəsinin davamlı dəyər itirməsi tətilini planlaşdıran əcnəbiləri sevindirir.
Olaylar.az xəbər verir ki, Türkiyədə məzənnə daha da artsa da, ucuzlaşan TL xaricdə yaşayanların iştahını qabardır.
Britaniyanın "Teleqraf" qəzeti "Aralıq dənizində ən ucuz istirahət mərkəzi daha da ucuzlaşıb" başlıqlı xəbərdə TL-nin ucuzlaşmasına lağ edib. "Türkiyədə günəş, dəniz, qum var. Və valyutanın sürətlə ucuzlaşması sayəsində pul heç də problem yaratmır." Qəzet yazıb ki, bu yay Türkiyəyə gedəcək britaniyalı turistlər funtun TL qarşısında rekord bahalaşması ilə özlərini rahat hiss edəcəklər.
İyulun 3-də 1 lirənin 33 TL olduğuna diqqət çəkən xəbərdə bu məbləğin ötən aprel ayından etibarən 10 TL artdığı, TL-nin isə son 10 ildə sürətlə dəyər itirdiyi qeyd edilib.