Yaponiyada nüvə tullantısı haqqında kriz davam edir- ÖZƏL

Yaponiya Fukusimadakı tullantı sularının axıdılması müddətinə geniş qiymətləndirmədən sonra qərar verəcək.
Yaponiya Fukusima İn-Dai Atom Elektrik Stansiyasında toplanan radioaktiv tullantı sularının dənizə nə vaxt buraxılacağını hərtərəfli qiymətləndirmədən sonra müəyyən edəcək.

Olaylar.az xəbər verir ki, 2011-ci ildə baş verən zəlzələ və sunamidən sonra zədələnmiş AES-də toplanan radioaktiv tullantı sularının axıdılması planı ölkə ictimai rəyinin gündəmindədir. Yaponiya hökuməti qonşu ölkələrin və yerli balıqçıların tullantı sularının ətraf mühitə, qida təhlükəsizliyinə və insan sağlamlığına təhlükə yarada biləcəyi ilə bağlı narahatlıqlarını azaltmağı hədəfləyir.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Matsuno Hirokazu verdiyi açıqlamada, hərtərəfli qiymətləndirmədən sonra tullantı sularının dənizə buraxılma vaxtını açıqlayacaqlarını bildirib. Matsuno, bu ilin yayında dənizə təxliyənin başlanması planında mümkün dəyişikliklə bağlı suala "dəyişiklik yoxdur" cavabını verib.

Tullantı sularının təhlükəsizlik tədbirlərinə ciddi əməl edilməklə dənizə axıdılacağını qeyd edən Matsuno, proseslə bağlı televiziya və sosial media vasitəsilə ictimaiyyətə məlumat veriləcəyini bildirib. Hakim Liberal Demokrat Partiyasının (LDP) koalisiya ortağı Komeitonun "pis söz-söhbət" xəbərdarlığını nəzərə aldıqlarını qeyd edən Matsuno, "reputasiyaya vurulan zərərə qarşı" tədbir görəcəklərini bildirib.

Komeito sədri Yamaquçi Natsuo, üzgüçülük mövsümündə tullantı sularının axıdılmaması lazım olduğunu ifadə edərək, "Biz (hökumətin) pis söz-söhbətlərə qarşı tələsməməsini arzu edirik" deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31